DÜNYA
Sudanda birhəftəlik humanitar atəşkəs qüvvəyə minib
Bakı, 23 may, AZƏRTAC
Sudanda silahlı münaqişənin tərəfləri - Sudan ordusu və çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında əldə edilmiş birhəftəlik humanitar atəşkəs qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, atəşkəs qüvvəyə minməzdən əvvəl Xartumda partlayış səsləri bir müddət eşidilib. Hazırda paytaxtda sükut hökm sürür.
Əldə edilən razılaşmaya əsasən, mülki əhalinin təhlükəsiz çıxarılması və humanitar yardımın paylanması məqsədilə hərbi əməliyyatlar yaxın 7 gün ərzində dayandırılacaq.
Münaqişə tərəfləri əhalinin su və elektrik enerjisinə çıxışını bərpa etmək, öz qüvvələrini xəstəxanalardan və digər mühüm infrastruktur obyektlərindən çıxarmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, mayın 20-də axşam saatlarında Ciddədəki ordu və çevik reaksiya qüvvələrinin nümayəndə heyətləri humanitar atəşkəs haqqında razılıq əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]