Sülhməramlılara aid iki zirehli avtomobil aksiya ərazisindən sərbəst keçib
Şuşa, 20 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 40-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobilləri aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, hazırda sülhməramlılara məxsus iki zirehli avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir və yol humanitar məqsədlər üçün açıqdır.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.