Sumoçumuz Avropa çempionatında qızıl medal qazanıb
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan sumoçusu Çingiz Səmədov Estoniyanın paytaxtı Tallində keçirilən sumo üzrə XXIII Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Ç.Səmədov 100 kiloqram çəki dərəcəsində Avropa çempionu olub. İlk görüşdə (100 kq) Polşa idmançısını məğlub edən Ç.Səmədov dörddəbir finalda Rusiya təmsilçisini üstələyib. Sumoçumuz yarımfinalda gürcüstanlı idmançını məğlub edərək finala vəsiqə qazanıb. Ç.Səmədov finalda daha bir polşalı rəqibini məğlub edərək Avropa çempionu olub.
Xatırladaq ki, idmançılarımız çempionatda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi ilə mübarizə aparırlar.
Qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Rəsul Həsənov təmsil edir.
Avropa çempionatında 17 ölkədən 350-dən çox idmançı gücünü sınayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [20:31]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:08]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]