“Sumqayıt” daha bir amerikalı basketbolçu ilə anlaşıb
Bakı, 2 oktyabr, AZƏRTAC
“Sumqayıt” komandası növbəti transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “kimyaçılar” 29 yaşlı oyunqurucu Keylen Melounun keçidini rəsmiləşdirib. ABŞ-dan olan basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
Oyunçu bunadək ölkəsinin “Uçita Steyt Şokers”, “Oral Roberts Universiti” və Kiprin “APOP Pafu” klublarında çıxış edib.
O, ötən mövsüm Sloveniyanın “Terme Olimiya” komandasının şərəfini qoruyub.
Xatırladaq ki, “Sumqayıt” indiyədək 3 amerikalı basketbolçu - Derrik Nyuton, Calen Houkins və Ceylon Klarkı heyətinə cəlb edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]