“Sumqayıt” “Keşlə”ni minimal hesabla məğlub edib
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Topaz Premyer Liqasının XXIII turunun növbəti oyunları çərçivəsində “Sumqayıt” “Keşlə”ni minimal hesabla məğlub edib.
AZƏRTAC xəbər verir ki, birinci hissədə hesab açılmasa da ikinci hissənin əvvəlində meydan sahibləri B.Mustafazadənin vurduğu qolla önə keçib - 1:0. Qoldan on dəqiqə sonra M.İsayev hesabı bərabərləşdirib - 1:1. 81-ci dəqiqədə qonaqların yeganə qolunun müəllifi M.İsayev qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bundan sonra hücuma atılan meydan sahibləri 83-cü dəqiqədə istəklərinə çatıblar, cinah ötürməsindən sonra E.Şahverdiyevin dəqiq zərbəsi "Sumqayıt" klubunu önə çıxarıb. Qarşılaşma 2:1 "Sumqayıt" klubunun qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra sumqayıtlılar 39 xalla üçüncü pillədə yerlərini qoruyublar, "Keşlə" isə 18 xalla yeddinci yerdədir.
Tura "Zirə"-"Neftçi" derbi oyunu ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]