SUMQAYIT-LÜDVİQSHAFEN TƏRƏFDAŞLIĞI UĞURLA DAVAM EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Almaniyada iyunun 17-18-də “Almaniyanın və Qafqazın tərəfdaş şəhərlərinin əməkdaşlığı” layihəsi çərçivəsində seminar keçirilmişdir. Almaniya İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin maliyyələşdirdiyi seminarda Sumqayıt-Lüdviqshafen, Tbilisi-Saarbrükken, Telavi-Biberax tərəfdaş şəhərlərin nümayəndələri iştirak etmişlər. Tədbirdə Almaniyanın Qafqazda həyata keçirdiyi kiçikhəcmli layihələr müzakirə və təsdiq olunmuşdur.
Seminarda Sumqayıtda alman dili mərkəzi və uşaqlar üçün etimad telefonu açılması proqramının həyata keçirilməsi üçün tədbirlər bəyənilmişdir.
Sumqayıt və Lüdviqshafen mütəxəssislərindən ibarət xüsusi komissiya “Almaniya və Qafqaz şəhərləri arasında texniki əməkdaşlıq” layihəsi çərçivəsində yeni ideyalar hazırlayır.