ELM VƏ TƏHSİL
SUMQAYIT MƏKTƏBLƏRİNDƏ UŞAQDÜŞƏRGƏLƏRİ AÇILACAQ
İyul ayından başlayaraq, Sumqayıtın 12 məktəbində şəhər tipli uşaq düşərgələri açılacaqdır.
Şəhər təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, çoxdan unudulmuş şəhər tipli uşaq düşərgələri keçən ilin yayında icra hakimiyyətinin təşəbbüsü ilə yenidən fəaliyyətə başlamışdır. Aztəminatlı ailələrdən olan mindən yuxarı uşaq, bazar günləri istisna edilməklə, hər günün birinci yarısında tərbiyəçilərin nəzarəti altında olacaqdır. Onlara idmanla və uşaq yaradıcılığı ilə məşğul olmaq üçün şərait yaradılacaqdır. Uşaqlara səhər yeməyi də veriləcəkdir. Mikrorayonlarda və məhəllələrdə istifadəyə verilmiş uşaq idman meydançaları uşaqların yay tətilini maraqlı keçirmələrinə və öz sağlamlığını möhkəmləndirmələrinə imkan yaradacaqdır.