Azərbaycan Dövlət İnformasiya Agentliyi

SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI VAQİF ƏLİYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar!

Əziz sumqayıtlılar!

Bu gün hər bir sumqayıtlı, Sumqayıtın hər bir ailəsi sevinc içərisindədir. Çünki möhtərəm Prezidentimiz Sumqayıtda bizimlə birlikdədir və artıq bütün sumqayıtlıların çoxdan həsrətində olduqları hadisədən, ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm abidə kompleksinin açılışından sonra şəhərimiz üçün çox böyük əhəmiyyət kəsb edən buxar-qaz qurğusunun təməlinin qoyulması mərasimində iştirak edir.

Sumqayıt sənaye şəhəridir. Burada həmişə iri zavod və fabriklər işə salınmışdır. Azərbaycanımızın bütün sahələrdə inkişafının və tərəqqisinin əsasını qoyan ulu öndərimiz Heydər Əliyev Sumqayıta xüsusi qayğı göstərmiş və onun hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlamışdır. Sumqayıtla bağlı ümummilli liderimiz Heydər Əliyevin başa çatdıra bilmədiyi işlər indi Sizin tərəfinizdən uğurla davam etdirilir. Təməlini qoyduğumuz buxar-qaz qurğusu bu işlərin bariz nümunəsidir.

Məlum olduğu kimi, ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi müddətdə 16 dəfə Sumqayıta gəlmişdir. Dahi rəhbərimiz şəhərin ən çətin məqamlarında həmişə sumqayıtlılarla olmuşdur. Ulu öndərin sonuncu dəfə 2003-cü il aprelin 3-də Sumqayıta gəlişi də şəhərimizin inkişafına böyük təkan verdi. Onun sosial-iqtisadi və ictimai-siyasi tərəqqisini təmin etdi və ümumən şəhərdə ab-havanı dəyişdi. Qapıları bağlı qalmış zavod və fabriklər işə salındı, sahibkarlığın inkişafı üçün hərtərəfli əlverişli şərait yaradıldı, yeni, müasir avadanlıq və texnologiyalarla təchiz edilmiş müəssisələr açıldı, su, enerji və qaz təchizatı yaxşılaşdırıldı. Sakinlərin uzun illər ərzində diqqətdən kənarda qalan məişət problemləri aradan qaldırıldı, sumqayıtlıların gələcəyə olan inam hissi özlərinə qaytarıldı.

Respublikamızın digər regionları kimi, Sumqayıt da bu gün dinamik inkişafdadır. Ötən ilin yekunlarına görə, şəhər üzrə sənaye istehsalının həcmi 60 faiz artaraq, dövlətimizin müstəqillik illərində qazanılmış ən yüksək göstəriciyə, 1 trilyon manat həddinə çatmış və bu yüksək inkişaf sürəti cari ilin birinci yarısında da saxlanılmışdır. Son dövrlərdə şəhərdə müxtəlif sahələrdə 13 mindən yuxarı yeni iş yeri açılmışdır ki, bunların da yarıdan çoxu daimi iş yerləridir. Təkcə 2003-2004-cü illərdə Sumqayıt şəhərinə qoyulmuş xarici və daxili investisiyaların həcmi 115 milyon ABŞ dollarını ötmüşdür. Şəhərin müxtəlif yerlərində ucaldılan özəl yaşayış binaları, əhalidə digər sosial problemlərin həlli ilə yanaşı, bu gün aktual olan mənzillə təminatlarının da yaxşılaşdırılacağına inam yaradır. Hazırda şəhərimizdə 64 min kvadratmetr özəl mənzil sahəsi tikilməkdədir.

Park və xiyabanlar yenidən qurulmuş, abadlaşdırılmış, təzələri yaradılmış, fəvvarələr işə salınmışdır. Yaşayış massivlərində 50-dən çox uşaq-idman meydançaları yaradılmışdır. Şəhərin mədəni həyatında əsaslı irəliləyişlərə nail olunmuşdur.

Cənab Prezident, “Sumqayıt stansiyası” yaşayış massivində müasir tələblərə cavab verən 500 yerlik orta məktəb binasının tikilib istifadəyə verilməsi, əksər orta ümumtəhsil müəssisələrinin dam örtüklərinin və istilik sistemlərinin əsaslı təmir olunması, şəhərin abadlaşdırılmasına, yolların əsaslı təmirinə əlavə vəsait ayrılması, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binalarının tikilməsi məhz Sizin gündəlik qayğınız və qəti tələbkarlığınızın nəticəsidir. Bu istiqamətdə işlər davam edir.

Bunu da xatırlatmağı vacib bilirəm ki, sumqayıtlıları uzun illər narahat edən çox ciddi bir problem möhtərəm Prezidentimizin göstərişi ilə bu il öz həllini tapacaqdır: məişət çirkab suları üçün indiyədək mövcud olmayan müasir təmizləyici qurğunun inşasına başlanacaqdır.

Şəhərimizdə bir neçə enerjitutumlu istehsalatların mövcudluğunu və onların gələcək inkişaf perspektivlərini nəzərə alsaq, bu gün təməli qoyulan buxar-qaz qurğusunun Sumqayıtın intensiv inkişafının təmin edilməsində vacib rol oynayacağını şərh etməyə ehtiyac qalmır. Yaxın gələcəkdə şəhərimizdə kimya, maşınqayırma və yüngül sənaye sahələrinin inkişafı ilə yanaşı, bir sıra yeni müəssisələrin tikilib istifadəyə verilməsi istiqamətində işlər aparılır. Un məmulatları istehsal edəcək “Bismak” müəssisəsi, Türkiyənin “Dizayn qrupu” firmasının plastik borular müəssisəsi, qənnadı məmulatları müəssisəsi, pivə istehsalı müəssisəsi, elektrik tənzimləyiciləri istehsalı müəssisəsi, plastik və alüminiumdan qapı və pəncərə istehsalı müəssisəsi, həlledicilər, boya və əlif istehsalı sahəsi yaxın zamanlarda istifadəyə veriləcəkdir.

Təkcə Sumqayıt Alüminium istehsal sahəsi ilə “Azərboru” ASC tam gücü ilə işə düşdükdən sonra onların gündəlik enerji tələbatı 280-300 Mvt olacaqdır. Bütün bunlar buxar-qaz qurğusunun Sumqayıt sənayesinin və sahibkarlığın inkişafı üçün nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Cənab Prezident, Sumqayıt üçün zəruri olan bu obyektin Dövlət proqramına salınmasına görə sumqayıtlılar adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident!

Sumqayıt bu gün öz inkişafında yeni mərhələyə keçmiş, qısa müddətdə görkəmi büsbütün dəyişmiş, təmiz və abad bir şəhərə çevrilmişdir. Bu şəhərdə insanlar üçün rahat şərait yaradılmışdır. Sizin qayğınız sayəsində hər bir sumqayıtlı gələcəyə inamla baxır, müsbət dəyişiklikləri gündəlik həyatında hiss edir. Sizin diqqətiniz həmişə Sumqayıtın üzərindədir, qayğınızı daim hiss edirik. Bütün bunlara görə hər bir sumqayıtlı Sizi sevir, Sizə inanır və Sizinlə fəxr edir.

Bizim bütün nailiyyətlərimizin əsasını ulu öndərimiz Heydər Əliyevin həmişəyaşar ideyaları təşkil edir. Cənab Prezident, biz inanırıq ki, Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirməyiniz ölkəmizin möhkəmlənməsinə və qüdrətinin artmasına, xalqımızın rifah halının daha da yaxşılaşmasına, yeni nəslin dövlətimizə, xalqımıza məhəbbət ruhunda tərbiyə olunmasına xidmət edəcəkdir. Bütün bu işlərdə sumqayıtlıların, həmişəki kimi, Sizin ən yaxın köməkçiləriniz olacaqlarına əmin ola bilərsiniz!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub