Sumqayıtda tanışına çoxsaylı bıçaq zərbəsi yetirən şəxs saxlanaraq istintaqa təhvil verilib
Sumqayıt, 28 aprel, AZƏRTAC
Sumqayıtda aprelin 26-da axşam saatlarında 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
Şəhər Polis İdarəsindən AZƏRTAC-a bildirilib ki, hadisəni törədən Elxan Rüstəmov istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib. Şəhər sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Ramil Xəlilov tanışı Elxan Rüstəmov tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun səhhəti ağır stabildir.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]