SUMQAYITIN NİZAMİ KÜÇƏSİ GÖRKƏMİNİ DƏYİŞİR
AZƏRTAC xəbər verir ki, Sumqayıtda Nizaminin adını daşıyan mərkəzi küçələrdən birinin görkəmi tanınmaz dərəcədə dəyişmişdir.
Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonlararası təmir–tikinti idarəsi həmin küçəni qısa müddətdə tamamilə yenidən qurmuşdur. Burada hələ şəhərin əsası qoyulduğu vaxtdan çəkilmiş tramvay xətti sökülmüşdür. Bütün küçə boyu müasir, gözəl “Pelsan” küçə fənərləri düzülmüş, gül–çiçək əkilmişdir.