SUMQAYITLI HƏKİMLƏR ƏNƏNƏNİ DAVAM ETDİRİRLƏR
Səhiyyə şöbəsinin müdiri, əməkdar həkim Karlen Abbasov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, şəhərdə səyyar tibb məntəqələrinin təşkilinə dair xüsusi proqram hazırlanmışdır. 3 tibb briqadası təşkil edilmişdir. Briqadalara aparıcı mütəxəssislər, əsasən, stasionarların profilli şöbələrinin müdirləri daxildirlər. Əhalisi sıx olan və şəhər mərkəzindən uzaqda yerləşən rayonlarda artıq 30 belə tədbir keçirilmişdir. K.Abbasovun sözlərinə görə, səyyar ambulatoriyaların xidmətlərindən şəhərin 15 mindən artıq sakini istifadə etmişdir.
O bildirmişdir ki, kömək üçün müraciət edən xəstələrin hamısı qeydiyyatdan keçdikdən sonra müvafiq məsləhətlər alır və müayinə olunur. Əhaliyə daha səmərəli tibbi yardım göstərmək üçün səyyar ambulatoriyalarda laboratoriyalar, prosedur və rentgen kabinələri də yaradılmışdır, lazım gəldikdə elə oradaca elektrokardioqramlar çıxarılır. Bütün dava-dərman, tibb materialları pulsuz verilir. 14 profil üzrə tibbi xidmət göstərilir.
Ümumiyyətlə, şəhərin həkimləri bu tədbirləri mümkün qədər səmərəli keçirməyə çalışırlar. Sumqayıtda pulsuz tibbi xidmət günləri praktikası davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]