Suraxanı rayonunda aktiv koronavirus xəstələri aşkarlanaraq saxlanılıblar VİDEO
Bakı, 13 sentyabr, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları xidməti ərazidə profilaktik tədbir keçirən zaman üç nəfər COVID-19 xəstəsini saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı onların aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakinləri G.Alidarova, Vasif Bayramlı, Ramiz Əhmədov olduqları müəyyənləşdirilib. Onların analizlərinin cavablarının pozitiv çıxmasına və evdə müalicəyə cəlb olunmalarına baxmayaraq, bu tələblərə məhəl qoymayıb yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub. Həmin şəxslər aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiriliblər.
Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdirilir.