Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir

Sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir

Biliklərin, fikirlərin, dinlərin və mədəniyyətlərin yolu kimi dəyərləndirilən İpək Yolunun yenidən canlandırılması bundan sonra da onun birləşdirici funksiyasını uğurla həyata keçirməsinə, yeni baxışların fonunda daha da möhkəmlənməsinə stimul olacaq

Xəbər verdiyimiz kimi, oktyabrın 14-dən 16-dək Çinin paytaxtı Pekində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) İpək Yolu üzrə “İpək Yoluna yeni baxış, ümumi inkişaf naminə addımlar” mövzusunda xüsusi konfrans keçirilib. Konfransın məqsədi tarixi İpək Yolu üzərində yerləşən dövlətlər və xalqlar arasında qarşılıqlı faydalı siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, sivilizasiyalararası dialoqun təşviq edilməsi idi.

Konfrans “Siyasi liderlik: siyasi partiyalar üçün yeni konsensus”, “İnsanlararası əlaqələr: sivilizasiyalar arasında yeni dialoq” və “İqtisadi inteqrasiya: inkişaf üçün yeni təkan”, həmçinin regional əməkdaşlıq müzakirələri də daxil olmaqla 3 paneldən ibarət olub. Otuzdan çox ölkədən 60-dan artıq partiyanın qatıldığı tədbirdə İCAPP Daimi Komitəsinin üzvləri və köməkçiləri, Afrika və Latın Amerikası siyasi partiyaları və təşkilatlarından müşahidəçilər iştirak ediblər.

Tədbirə qatılan nümayəndələrin təmsil etdikləri ölkələrin coğrafiyasına diqqət yetirdikdə onun genişliyi aydın görünür. Belə ki, Azərbaycan, Banqladeş, Komboca, Kipr, Gürcüstan, Hindistan, İndoneziya, İran, Yaponiya, Qazaxıstan, Cənubi Koreya Qırğızıstan, Malayziya, Meksika, Monqolustan, Nepal, Yeni Zelandiya, Pakistan, Filippin, Sinqapur, Şri-Lanka, Sudan, Tacikistan və digər ölkələrdən təmsilçilərin qatılması təbii ki, tədbirin əhatə etdiyi mövzulara uyğun olaraq təcrübə mübadiləsinin bölüşülməsində, fikir mübadiləsinin aparılmasında əhəmiyyətli rol oynadı. Nəzərə alsaq ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı dünyanın ayrı-ayrı ölkələrindən müxtəlif, yəni iqtidarda, yaxud müxalifətdə olmasından asılı olmayaraq bütün partiyaları bir araya gətirir, bu halda tədbirin mahiyyəti daha aydın dərk edilər.

Azərbaycanı tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri - ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təmsil ediblər.

Nümayəndə heyətimizin üzvləri iştirak etdikləri iclaslarda müzakirə olunan mövzularla bağlı Azərbaycanın mövqeyini bildirib, ölkəmizin tarixi İpək Yolunun bərpası istiqamətində gördüyü işlərdən söz açıblar. Qeyd olunub ki, Azərbaycan Avropa və Asiya arasındakı əlverişli coğrafi mövqeyi sayəsində beynəlxalq ticarət daşımalarında önəmli mövqeyə malikdir.

Azərbaycan nümayəndə heyəti tərəfindən bu reallıq diqqətə çatdırılıb ki, ölkəmiz əsrlər boyu sivilizasiyaların bir araya gəldiyi məkan olub. Azərbaycan Avropa ilə Asiya arasında təbii coğrafi körpüdür. Ölkəmizin yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslar daim dünyanın diqqətini özünə yönəldib. Bu gün Azərbaycanda sabitliyin, normal iqtisadi mühitin mövcudluğu ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının günbəgün artmasına geniş imkanlar yaradır. Bu gün dünyanın inkişafın Azərbaycan modelindən bəhs etməsi, təbii ki, həyata keçirilən siyasətin möhkəm təmələ əsaslandığını təsdiqləyir.

Ölkələr arasında əlaqələrin inkişafında siyasi partiyaların rolu inkaredilməzdir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının İpək Yoluna dair xüsusi konfransı çərçivəsində keçirilən plenar iclaslarda siyasi partiyaların bu missiyasına bir daha nəzər salınıb, digər sahələrdə olduğu kimi, bu istiqamətdə də Azərbaycanın təcrübəsinə müraciət olunub. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının beynəlxalq əməkdaşlığa verdiyi önəm və bu istiqamətdə atdığı addımların uğurlu nəticələri göz önündədir. O da məlumdur ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə Yeni Azərbaycan Partiyası arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 18 nəfərdən ibarət İdarə Heyətinin üzvlərindən biridir. Qurumun Qadınlar və Gənclər qolunun ilk iclaslarının, eyni zamanda, VII Baş Assambleyasının Azərbaycanda keçirilməsi də əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsinə işıq salır.

Asiyada fəaliyyət göstərən iqtidar və müxalifət partiyalarını bir araya gətirib müəyyən mövzular ərafında fikir mübadiləsi apararaq gələcək inkişaf üçün istiqamətləri müəyyənləşdirən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı qarşıya qoyduğu məqsədə uyğun olaraq müxtəlif tədbirlərin keçirilməsində təşəbbüsçü kimi çıxış etməklə gələcəyinə böyük inam formalaşdırır. Dövlətimizin başçısı İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının iştirakçılarına təbrikində də bu fikir öz əksini tapıb ki, Asiya və Okeaniyanın 300-dən çox siyasi partiyasını birləşdirən bu mötəbər qurum ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün uğurlu platformadır. Bu baxımdan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının müasir dünyamızı düşündürən aktual çağırışlara xüsusi diqqət yetirməsi təqdirəlayiq hal kimi dəyərləndirilir.

Tədbirdə, həmçinin münaqişəli məsələlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə iqtisadi inkişafa böyük maneə olduğu xüsusi qeyd edilib. Bu inam ifadə edilib ki, dünyanın müxtəlif ölkələrindən siyasi liderlərin qatıldıqları konfransda beynəlxalq aləmdə təhlükəsizlik, sülh və əməkdaşlığın təmin olunması və möhkəmlənməsi üçün səmərəli fikir mübadiləsi aparılacaq. İştirakçı ölkələrin bir-birinin təcrübəsindən faydalanması, bu kontekstdə beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanları lazımınca dəyərləndirməsi və dövrümüzün aktual problemlərinin həllinə layiqli töhfələrini verməsi əsasdır.

Nəzərə alsaq ki, bu gün dünyanın ən qarışıq, ən çox münaqişə ocaqlarının mövcud olduğu region Asiyadır, bu regionda siyasi partiyaların bir araya gəlməsi və qarşıda dayanan hədəflərə nail olması üçün yollar axtarması çox vacibdir. Qeyd etdiyimiz kimi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı yarandığı gündən indiyədək çox ciddi məsələlər ətrafında müzakirələr aparıb və çox geniş bir məkanı əhatə edən bu təşkilatın imkanlarını səfərbər edərək mövcud problemlərin həlli, əlaqələrin inkişafı istiqamətində çox ciddi səylər göstərir, bu yolda maneə olan bir çox məsələləri müzakirəyə çıxarıb.

Konfransın yekununda bu əminlik ifadə olunub ki, aparılan müzakirələr gündəmə gətirilən mövzuya uyğun olaraq ümumi inkişafa töhfə verəcək. Biliklərin, fikirlərin, dinlərin və mədəniyyətlərin yolu kimi dəyərləndirilən İpək Yolunun yenidən canlandırılması onun birləşdirici funksiyasını uğurla həyata keçirməsinə, yeni baxışların fonunda daha da möhkəmlənməsinə stimul olacaq. Bu kimi tədbirlər bir daha belə bir reallığın təsdiqidir ki, sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir. Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında münasibətlərin inkişafı, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Sivilizasiyaların dialoqunun təşkilində, inkişafında müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin, elm xadimlərinin öz düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş etdirmələri müsbət haldır. Gələcək planlardan bəhs edərkən, konfrans iştirakçıları bildirmişlər ki, bütün dünyanı böyük İpək Yolu ruhunda sülhə, əməkdaşlığa, birlikdə daha gözəl gələcək qurmağa səsləyirlər. İpək Yolu üzərində ölkələr tarix və mədəniyyət baxımından biri-birindən fərqlidirlər. Bu mənada İpək Yolunun yenidən canlandırılması heç də asan iş deyil. Buna görə də ölkələr “Yol planı”nı birlikdə hazırlamalı və birgə reallaşdırmalıdırlar. Müzakirələr, səsləndirilən fikirlər bir daha bu reallığı təsdiqləyib ki, qarşıya qoyulan hər bir məqsəd birgə səylərin göstərilməsi fonunda reallığa çevrilir.

Azərbaycan nümayəndə heyətinin üzvləri Pekində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin büstünü də ziyarət ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO