Suriyada qaz kəmərində baş verən partlayışdan sonra ölkə elektrik enerjisiz qalıb
Bakı, 24 avqust, AZƏRTAC
Suriyanın cənubunda qaz kəmərində baş verən partlayış nəticəsində ölkə ərazisində elektrik enerjisi kəsilib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə qaz kəmərinin Dəməşq əyalətində yerləşən Dumeyr və Adra şəhərləri arasındakı hissəsində baş verib. Hazırda yanğın söndürmə xidməti partlayışın səbəb olduğu yanğını söndürməyə çalışır. Hakimiyyət partlayışı terror aktı kimi səciyyələndirib.
Həmçinin insident nəticəsində üç elektrik stansiyasının sıradan çıxdığı bildirilir. Mütəxəssislər vacib obyektlərin və bəzi əyalətlərin elektrik təminatını tədricən bərpa etməyə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]