Suriyadan ölkəmizə repatriasiya edilmiş daha 11 şəxsin sosial-psixoloji reabilitasiyasına başlanılıb
Bakı, 22 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Azərbaycan hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya edilmiş daha 11 Azərbaycan vətəndaşının sosial-psixoloji reabilitasiyasına başlayıb. Onlardan 3-ü qadın, 8 nəfəri uşaqdır.
Agentliyin sosial işçi və psixoloqları repatriantlarla fərdi plan əsasında iş aparır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, repatriantların psixoloji vəziyyətlərinin qənaətbəxş olmadığı nəzərə alınaraq mütəxəssislər tərəfindən onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.
Ümumilikdə isə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 400-dən çox şəxs Sosial Xidmətlər Agentliyi tərəfindən hər biri üzrə reabilitasiya planı hazırlanmaqla sosial reabilitasiya və reinteqrasiya xidmətləri ilə təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]