Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir VİDEO
Şuşa, 4 iyun, AZƏRTAC
Şuşa şəhəri ərazisində 2 su anbarı və 34,5 kilometr su, 27,5 kilometr kanalizasiya şəbəkəsi istismar olunur və şəhər dayanıqlı su ilə təmin edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ iqtisadi rayonuna təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşviq Adıgözəlov deyib.
M.Adıgözəlov bildirib ki, Şuşa şəhərinin su mənbəyi Zarıslı və Qarqarçaydır: “Şuşa şəhərinin dayanıqlı su təminatı üçün Qarqarçay üzərində Daşaltı kəndi ərazisində 26 min kubmetrlik su bəndi yaradılıb və Zarıslı nasos stansiyası inşa olunaraq 2022-ci ildə istifadəyə verilib. Oradan su sutəmizləyici qurğular kompleksinə nəql olunur”.
Müxbir – Tahir Ağaməmmədov