Sutka ərzində İranda koronavirusdan 126 nəfər ölüb
Tehran, 22 avqust, AZƏRTAC
İranda koronavirusla bağlı vəziyyət tədricən də olsa sabitləşir. Bunu deməyə yoluxanların və ölənlərin sayındakı azalma əsas verir.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. Nəzərə çatdırıb ki, son 24 saat ərzində İranda virusa 2 min 28 nəfər yoluxub, 126 nəfər ölüb.
Bununla da İranda yoluxanların ümumi sayı 356 min 792 nəfərə, ölənlərin sayı isə 20 min 502-ə çatıb. Müalicə alan 307 min 702 nəfər sağalıb, 3 min 850 nəfərin vəziyyəti isə ağır olaraq qalır.
Qeyd edək ki, məhərrəm ayında İranda məscidlərdə matəm mərasimi keçirmək qadağan olunub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]