SUVARMA SİSTEMLƏRİ İDARƏSİ YENİ TEXNİKA ALMIŞDIR
Samux rayonunun suvarma sistemləri idarəsi 23 min hektar əkin sahəsinə xidmət edir. Sahələr əsasən subartezian quyuları, nasos stansiyaları və təbii çaylar vasitəsilə suvarılır. Lakin istismar müddətini başa vurmuş köhnə avadanlıqlar bu işin öhdəsindən gəlməyə imkan vermirdi. Bu günlərdə alınmış yeni texnika çətinlikləri arxada qoymuşdur. İdarənin rəisi Gülağa Bağırov AZƏRTAC-ın müxbirinə demişdir ki, arx və kanalların təmizlənməsində istifadə edilən bu texnika torpaq mülkiyyətçiləri ilə suvarma sistemləri idarəsi arasında olan mübahisələrə son qoymuşdur.