Tacikistan portalı Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalanmasından yazıb
Düşənbə, 13 aprel, AZƏRTAC
Tacikistanın “faraj.tj” portalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən minalanması ilə əlaqədar məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini hələ də rəsmi Bakıya təqdim etmədiyi, bununla da beynəlxalq qanunları yenidən pozduğu bildirilir. Qeyd olunur ki, minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması azad edilmiş torpaqlarda xidmət aparan hərbçilər və buraya səfər edən mülki əhali üçün təhlükə mənbəyidir. Ermənistan tərəfi əraziləri qəsdən minalayıb ki, mümkün qədər çox azərbaycanlı minaların qurbanı olsun.
Yazıda diqqətə çatdırılır ki, ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanatından sonra Azərbaycanın 20 vətəndaşı, o cümlədən 14 mülki şəxs minanın qurbanı olub, 85 nəfəri isə ağır yaralanıb.
Vurğulanır ki, ərazilərin kütləvi şəkildə minalanması həmin torpaqlarda həyatın bərpasına mane olur. Bu da 30 ilə yaxın məcburi köçkün vəziyyətində yaşayan azərbaycanlıların hüquqlarını pozmaqla yanaşı, yüz minlərlə insanın doğma dədə-baba yurduna qayıtmasını çətinləşdirir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]