Tacikistanda təqaüd proqramı ilə təhsil almaq üçün sənəd qəbulu aparılır
Bakı, 26 may, AZƏRTAC
Tacikistanın Təhsil və Elm Nazirliyi 2021/2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bakalavriat, magistratura, doktorantura təhsil səviyyəsini əhatə edən təqaüd proqramı üzrə təhsil almaq üçün 4 yer ayrılıb. Tədris dili rus və ingilis dilidir. Proqrama mayın 31-dək müraciət etmək olar. Ətraflı məlumatla Təhsil Nazirliyinin rəsm saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, təqaüd proqramı Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 2018-ci il avqustun 10-da imzalanmış protokola uyğun olaraq elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]