Taekvondo üzrə “Sofia Open” turnirində ölkəmizi altı idmançı təmsil edəcək
Bakı, 1 mart, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə növbəti beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC Azərbaycan Taekvondo Federasiyasının saytına istinadən xəbər verir ki, “G-1” kateqoriyalı turnirdə iştirak etmək məqsədi ilə Bolqarıstana yollanan gənclərdən ibarət milli komandamız altı idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov “Sofia Open” turnirində gənc idmançılardan Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq) və Cavad Ağayevi (63 kq) sınaqdan keçirəcək. Qızlardan isə Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış martın 3-4-də baş tutacaq və qalib olan idmançı reytinqinə 10 xal əlavə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]