Tahir Baxşıyev: Basketbolçularımla qürur duyuram
Bakı, 25 fevral, AZƏRTAC
Gözəl oyun münasibətilə Kosovo seçməsini təbrik edirəm. Bu gün tarixi qələbə qazandıq. Oyunçularımla qürur duyuram.
AZƏRTAC xəbər verir ki, bu sözləri basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev dünya çempionatının seçmə mərhələsinin ikinci oyununda doğma meydanda Kosovoya 87:77 hesabı qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Üçüncü hissənin çətin alındığını qeyd edən baş məşqçi bildirib: “Kosovo komandasının əvvəlki oyunlarına baxmışdıq. Çox ciddi rəqib idi. Ancaq oyunçularım əzmkar mübarizə apardılar və tarixi qələbə qazandıq".
Mütəxəssis komandanın heyətinə yeni cəlb olunan Dante Hollun çıxışını bəyəndiyini söyləyib. “Ötən matç Zaq Leday heyətdə idi. Qaydalara əsasən, bir əcnəbi oyunçu olmalıdır. Bu gün də Dante Holl bizimlə idi. Qələbə qazanmağımızda onun böyük əməyi oldu”, - deyə o əlavə edib.
T. Baxşıyev qrupda bütün komandaların eyni səviyyədə olduğunu bildirərək deyib: “İrlandiya yığması Kosovo ilk matçda son dəqiqələrdə məğlub oldu. Düşünürəm ki, hər üç rəqib güclüdür. Çalışacağıq ki, qrupda layiqli mübarizə aparaq və nəticə qazanaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]