Tailandda daha bir kran qəzası baş verib, ölənlər və yaralananlar var
Pekin, 15 yanvar, AZƏRTAC
Tailandda daha bir qaldırıcı kran qəzası tələfata səbəb olub.
AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, ölkənin Samutsakhon şəhərində qaldırıcı kranın avtomobil yoluna aşması nəticəsində azı 2 nəfər ölüb, 5-i xəsarət alıb.
Səhər saatlarında baş verən hadisə zamanı kranın bəzi hissələri yolda hərəkətdə olan 2 avtomobilin üstünə düşüb.
Krandan avtomobil yolunda körpünün inşasında istifadə olunurmuş.
Qeyd edək ki, yanvarın 14-də Tailandda dəmir yolunda inşaat işlərində istifadə edilən qaldırıcı kranın qatarın üzərinə düşməsi nəticəsində 32 nəfər ölüb, 64-ü xəsarət alıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]