Tanınmış futbolçu İspaniya klubundan ayrılmağa hazırlaşır
Bakı, 6 yanvar, AZƏRTAC
Kolumbiya millisinin futbolçusu Xames Rodriqes yaxın günlərdə İspaniyanın "Rayo Valyekano" komandasını tərk edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisinin baş məşqçisi İniqo Pereslə münasibəti yaxşı deyil.
Futbolçu hazırda rəhbərliklə müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Xames Rodriqes bu mövsüm “Rayo Valyekano"nun heyətində cəmi 7 oyun keçirib. O,daha əvvəl “Monako” (Fransa), “Real Madrid” (İspaniya) və “Bavariya” (Almaniya) kimi tanınmış komandalarda çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]