Tanınmış musiqiçi ilə görüş
Bakı, 26 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Fikrət Əmirov adına 6 nömrəli 11 illik incəsənət məktəbində tanınmış musiqiçi, istedadlı fleytaçı, Əməkdar İncəsənət Xadimi, professor Telman Hacıyevlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, ziyalıların, elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirak etdikləri görüş çərçivəsində ustad dərsi təşkil olunub.
Həyat və yaradıcılığı barədə şagirdlərə geniş məlumat verən tanınmış musiqiçi ifaçılıq, eləcə də pedaqoji təcrübəsini müəllim və şagirdlərlə bölüşüb.
Sonda məktəb şagirdlərinin ifasında musiqi nömrələri təqdim olunub.