Tanınmış mütəxəssis əməliyyat olunacaq
Bakı, 27 dekabr, AZƏRTAC
Futbol üzrə Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku əməliyyat olunacaq.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 79 yaşlı mütəxəssis sağ omba nahiyəsindəki problemə görə cərrahi müdaxiləyə ehtiyac duyacaq. Rumıniyalı tanınmış çalışdırıcı yanvarın 16-da ölkə xaricində əməliyyat keçirəcək.
Qeyd edək ki, Mirça Luçesku məşqçilik karyerasında indiyədək “Qalatasaray”, “Beşiktaş” (hər ikisi Türkiyə), “Şaxtyor” (Donetsk), “Dinamo” (Kiyev, hər ikisi Ukrayna) və “Zenit” (Rusiya) kimi tanınmış klublarda, eləcə də Türkiyə millisində işləyib
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]