Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Püsyan kənd sakini 1992-ci il təvəllüdlü Xəlil Şıxəliyevin bu il mayın 31-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, ibtidai istintaqla 1985-ci il təvəllüdlü Gündüz Nəcəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Xəlil Şıxəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Gündüz Nəcəfov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]