Tanzaniyalı nümayəndə: Bu sessiyanı dünyanın inkişafına töhfə verən mühüm platforma kimi qiymətləndirirəm VİDEO
Bakı, 20 may, AZƏRTAC
WUF13 şəhər inkişafının qiymətləndirilməsi baxımından çox vacibdir. Bu sessiyanı dünyanın inkişafına töhfə verən mühüm platforma kimi qiymətləndirirəm. Tədbirin təşkilinə böyük əmək sərf olunub və buna görə də hər kəsə təşəkkür edirəm.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı Tanzaniyanın Dar əs Salam şəhərində Baş nazirin ofisinin nümayəndəsi Ghuhia Ally Shabani söyləyib.
O qeyd edib ki, bu görüşdən əldə olunan əsas nəticələr dünyanın digər bölgələrinə də çatdırılmalıdır. “Bu, şəhərlərin inkişafına kömək edəcək, mənzil probleminin həllini gücləndirəcək və insanların daha yaxşı yaşayış şəraitinə sahib olmasına imkan verəcək. Əsas məqsəd odur ki, şəhər inkişafında heç kim kənarda qalmasın və cəmiyyətin bütün təbəqələri bu inkişafdan faydalana bilsin”,- deyə nümayəndə əlavə edib.