Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Builki hava şəraitində arıların sağlamlığı may balından daha vacibdir” – təcrübəli arıçılar xəbərdarlıq edirlər

Qəbələ, 20 may, AZƏRTAC

Arıların ətraf mühit və insan sağlamlığı üçün böyük əhəmiyyət daşıdığı hər kəsə bəllidir. Bəs, arıçılıq təsərrüfatlarının qarşılaşdıqları çoxsaylı problemlərdən xəbərdarıq? 20 May – Dünya Arı Günü məhz bu problemləri ictimaiyyətə çatdırmaq və məlumatlılığı artırmaq məqsədi daşıyır.

Dünyada olduğu kimi, ölkəmizdə də arıçılıq sahəsi inkişaf edir, müxtəlif layihələr həyata keçirilir. Bununla yanaşı, yerli arıçılar ilin fəsillərindən asılı olaraq müxtəlif arı xəstəlikləri ilə qarşılaşırlar. AZƏRTAC-ın bölgə müxbiri Qəbələdəki arıçılıq təsərrüfatlarından birində olub, yaz aylarında arı ailələrinin xəstəliklərdən qorunması və təbii yollarla daha yaxşı inkişaf etdirilməsi qaydaları ilə maraqlanıb.

Qəbələdə Məmmədovlar ailəsi peşəkar arıçılar kimi tanınır. Bu təsərrüfat ölkəmizin ən nümunəvi arıçılıq mərkəzlərindən biri sayılır. Rayona gələn yerli və xarici qonaqların çoxuna bu təsərrüfatı ziyarət etmək tövsiyə olunur.

Biz də deyilənləri əyani görmək üçün Məmmədovların təsərrüfatına üz tuturuq. Arıçılar ailəsinin həyətinə qədəm qoyarkən buradakı səliqə-sahman, gül bağçası, lavanda bağı, limonluq, saya gəlməyəcək qədər gül kolları və bitkilər göz oxşayır. İnsanın hüzur tapacağı bir məkana daxil olduğunu hiss etmək üçün qısa müddət yetərli olur. Bu gözəlliyə Leyla Məmmədovanın illərlə qulluq etdiyi damazlıq arı ailələri də xüsusi rəng qatır.

Ötən ilin payızı əksər arıçılıq təsərrüfatları üçün çətin dövrlərdən biri olub. Belə ki, kütləvi xəstəliklərin baş verməsi arı ailələrinin məhv olması ilə nəticələnib. Bu ilin aprel və may aylarında, yəni arının ən aktiv dövründə yağışların fasiləsiz yağması da arıçıları sınaq qarşısında qoyub.

“Xəstəliklər bizdən də yan keçmədi. Ancaq biz mütəmadi olaraq təbii vasitələrdən istifadə etdiyimiz üçün o qədər də ciddi problemlə qarşılaşmadıq. Gördüyünüz arı ailələrinin hamısını yeni yetişdirmişik, fəaldırlar. Hətta yerli və xarici qonaqlarımız gələndə virus infeksiyalarının qarşısını almaq üçün onları arıxanadan bir az uzaq tutmağa çalışırıq”, – deyən təcrübəli arıçı bildirir ki, arıların ilin fəsillərinə uyğun olaraq kəklikotu, acıyovşan, sarımsaq və lavanda çiçəyindən hazırlanan dəmləmələrlə qidalanmasını təmin edir.

Leyla xanım təsərrüfatını keçmişdə olduğu kimi, bu gün də “Boz Qafqaz” arıları ilə zənginləşdirdiyini, bu növün ən ideal arı cinsi olduğunu və dözümlülüyünə görə fərqləndiyini bildirir, həmkarlarına təbii vasitələrdən istifadə etməyi tövsiyə edir: “Arı ailəsi də insanlar kimi qayğıya möhtacdır. Gərək, hər gün onlara qulluq edəsən, müşahidə aparasan. Həftədə bir-iki dəfə arıxanaya gəlməklə yüksək məhsul gözləmək düzgün deyil. Hər bir arıçının kiçik damazlığı olmalı, arılara hər gün təbii bitkilərdən hazırlanan dəmləmələr verilməlidir ki, nəticə də yaxşı olsun”.

Təcrübəli arıçı onu da diqqətə çatdırır ki, el arasında “may balı” kimi bilinən süzüm dövrü, əslində, bu il üçün xarakterik deyil. Hava şəraitinin qeyri-sabit keçməsi, yağıntıların davam etməsi səbəbindən bitki örtüyünün və çiçəklərin tam yetişmədiyini nəzərə almaq lazımdır. Məsələn, Leyla xanım bu il öz damazlıq təsərrüfatında əldə etdiyi balı satışa çıxarmağı deyil, ancaq arı ailələrinin özləri üçün – onların sağlam qalması və yemlənməsi üçün saxlamağı planlaşdırır.

Damazlıq təsərrüfatından fərqli olaraq, köçəri arıçılar bu il keyfiyyətli və bol məhsul gözləyirlər. Arıçı Anar Məmmədov köçəri arıçılıqla məşğuldur və bu işə hər il fevralın sonu, martın əvvəlindən başlayır. Qoşqular üzərində yerləşdirdiyi arı ailələrini yaşadığı ərazidən Ağdaş və Göyçay rayonlarının bəlli bölgələrinə apararaq, bir həftə-on gün saxlamaqla qidalandırır. Proses iyul ayının birinci yarısına kimi davam edir ki, bu müddətdə arılar yetərincə qidalana, bol və keyfiyyətli nektar toplaya bilirlər.

“Köçəri arıçılıq bizim təsərrüfatın əsas bal mənbəyidir. Bu məqsədlə köçəri arıçılığa fevral ayının sonlarında Ağdaşın Abad kəndindən başlayırıq. Arılar bir neçə gün ərzində oranın havasına uyğunlaşdıqdan sonra ətraf ərazilərdən nektar toplamağa başlayır. Daha sonra arı ailələrini Ağdaşın Xosrov və Gülbəndi kəndlərinə köçürürük, çünki bu ərəfədə həmin yerlərdə çiçəklənmənin aktiv dövrü olur. Hazırda isə Akasiya çiçəklərinin açması ilə əlaqədar Qəbələnin Mamaylı kəndinə gəlmişik”, – deyən Anar Məmmədov arıçılığın heç də asan olmadığını vurğulayır.

O, iki həftədən sonra başqa bir ərazidə qaratikan çiçəkləri, daha sonra isə şabalıd balı üçün yer dəyişəcəklərini söyləyir. Arıçı onu da əlavə edir ki, əgər arı ailələrinin yeri vaxtında dəyişdirilməzsə, bu, həm balın keyfiyyətinə, həm də arıların fəallığına mənfi təsir göstərir.

Mövzu keyfiyyətli və təmiz baldan düşmüşkən, Anar Məmmədov son vaxtlar balın krem halına salınaraq təqdim olunması prosesinə də diqqət çəkib. Bildirib ki, əslində, bu sahədə bəzi işbazlar var ki, saxta məhsulları təmiz krem balı kimi insanlara satmaq istəyirlər. Lakin təcrübəli arıçılar bu prosesi müasir texnoloji avadanlıqlarla etməyi məsləhət görürlər. “Krem balı aparatları mövcuddur, oraya 20-30 kiloqram süzülmüş bal və 1 kiloqram kremlənmiş bal mayası əlavə edilərək aparat işə salınır. Cihaz 8-10 gün ərzində aramla işləyərək həmin balı həll edir və nəticədə keyfiyyətli krem bal alınır”, - deyən Anar Məmmədov onu da əlavə edir ki, adətən azyaşlılar və yeniyetmələr adi balı yemirlər, krem bal isə xoşlarına gəlir. Bu səbəbdən uşaqların və müxtəlif yaş qruplarına daxil olan insanların belə ekoloji təmiz məhsullardan istifadəsi olduqca faydalıdır.

Uzun illərin təcrübəsinə əsaslanan arıçılar bildirirlər ki, builki hava şəraiti may balının əldə olunmasını çətinləşdirir. Ona görə də arı ailələrinin sağlamlığına diqqəti artırmaq və prosesin iyul ayına kimi davam etməsini gözləmək lazımdır. Əgər arıçılar mütləq may ayında bal əldə etmək istəsələr, bu, arı ailələrinin qida mənbəyini zəiflədə bilər və nəticədə növbəti xəstəliklərə, digər fəsadlara yol açar. İyul ayında süzülən bal isə arıların bütün bitki və otlardan tam qidalanması, daha keyfiyyətli məhsulun əldə olunması deməkdir.

Müxbir - Rasim İslamoğlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək