Mikayıl Cabbarov: Məşğulluğun leqallaşdırılmasından daxil olan gəlirlərin həcmi üç dəfədən çox artıb VİDEO
Bakı, 20 may, AZƏRTAC
Çox vaxt siyasətçilər və hökumətlər belə bir problemlə üzləşirlər. Bir tərəfdən, bu növ mənzil və yaşayış məskənləri ilə bağlı böyük bir kölgə iqtisadiyyatı fəaliyyəti mövcuddur, digər tərəfdən isə sizin maliyyələşməyə ehtiyacınız var.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Azərbaycanda biz bunu 2019-cu ildən 2025-ci ilə qədər yeddi il ərzində həyata keçirdiyimiz xüsusi hədəflənmiş islahat çərçivəsində etdik. İnsanlar sosial müdafiə sistemindən kənarda idilər, ödənişlər nağd şəkildə olurdu və hökumət bundan heç bir gəlir əldə etmirdi. Yekunda isə biz elə bir vəziyyətə nail olduq ki, şəxs sosial təminat sisteminə inteqrasiya edilir, sosial sığorta haqları üzrə formalaşan gəlirlərin bir hissəsi isə sosial müdafiə ehtiyacı əsasında mənzilə ehtiyacı olanların mənzillə təmin edilməsinə yönəldilir", - deyə Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xüsusi nümunəsində, bu yanaşma həmin icma daxilində məşğulluğun leqallaşdırılmasından daxil olan gəlirlərin həcminin real ifadədə üç dəfədən çox artması ilə nəticələndi. Bu isə, məhz həmin insanların sosial ehtiyaclarının qarşılanması üçün əhəmiyyətli bir maliyyə mənbəyi yaratdı.
Fotoqraf - Aydın Məmmədov