Şəhərsalma üzrə professor: Bakı müsbət şəhər transformasiyası modeli kimi inkişaf edir VİDEO
Bakı, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək mənim üçün böyük şərəfdir. Bu il əsas mövzu mənzildir və bu, hamımız üçün çox vacib məsələdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən memarlıq və şəhərsalma üzrə professor, Beynəlxalq Şəhər Peşəkarları Forumu təşkilatının təsisçisi və İdarə Heyətinin üzvü Ali Alrauf deyib.
O qeyd edib ki, bir çox ölkə və təşkilat aztəminatlı və həssas qruplar üçün mənzil məsələsinə yalnız sığınacaq kimi deyil, həm də keyfiyyətli həyat şəraiti kimi yanaşır.
“Azərbaycanın paytaxtı Bakı müsbət şəhər transformasiyası modeli kimi inkişaf edir. Şəhər özünə yeni kimlik qazandırır, böyük tədbirlərə ev sahibliyi edir və insanyönümlü şəhər mühitinin yaradılmasına diqqət yetirir. Bu, mənim Bakıya ikinci səfərimdir və burada olmaqdan çox məmnunam”,- deyə professor diqqətə çatdırıb.