Hindistan nümayəndəsi: WUF13 Azərbaycanın dayanıqlı inkişaf sahəsində uğurlarının göstəricisidir
Bakı, 20 may, AZƏRTAC
Bakıda keçirilən WUF13 tədbirində və bu tədbir çərçivəsində təşkil olunan şəhərlərin davamlı inkişafı ilə bağlı panel sessiyalarda iştirak etməkdən məmnunam.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Hindistanın nümayəndəsi Anita Çinnala deyib.
O qeyd edib ki, bu nüfuzlu beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçıların qatılması Azərbaycanın davamlı və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi uğurlu siyasətin göstəricisidir.
Müasir şəhərlərin formalaşmasında yaşıl enerjinin roluna toxunan Anita Çinnala vurğulayıb ki, yaşıl enerji yalnız ətraf mühitin qorunmasına deyil, həm də sağlam və təhlükəsiz cəmiyyətin formalaşmasına xidmət edir.
Müxbirlər - Günel Alıyeva, Vüsalə Səfərova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [11:52]
ESCATO dayanıqlı şəhər inkişafına iqlim investisiyalarını artırmağa çağırıb
- 20.05.2026 [11:51]