Tina Teen: Gürcüstanda 24 yeni şəhərsalma planı hazırlanır
Bakı, 20 may, AZƏRTAC
Hazırda Gürcüstanda milli səviyyədə təsdiqlənmiş 9 məkan və 40 şəhərsalma planı mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xüsusi Şəhərsalma İnkişafı Agentliyinin təmsilçisi Tina Teen BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İki Region, Bir Gündəm: İnklüziv Şəhər Yenilənməsi üçün Dərslər” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
Tina Teen bildirib ki, ölkədə müşahidə olunan sürətli iqtisadi artım və şəhərləşmə təzyiqlərinə cavab olaraq hazırda daha 3 yeni məkan planı və 24 şəhərsalma planı hazırlanır: “Bu proseslərin elmi yanaşma və real məlumatlar əsasında həyata keçirilməsi məqsədilə agentlik tərəfindən hərtərəfli məlumat idarəetmə sistemi yaradılıb”.
Müxbir - Aynur Əlixanlı
Fotoqraf - Elşad Mirzə