Bakı Hərbi Kollecinin müəllimi: Vətəndaş rəyləri hökumətlərə daha düzgün məlumatlar toplamağa imkan verir
Bakı, 20 may, AZƏRTAC
Vətəndaşlardan toplanan rəylər, sorğuların nəticələri, rəqəmsal platformalarda paylaşılan məlumatlar hökumətlərə daha düzgün və inklüziv qərarlar qəbul etməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Vətəndaşların İştirakı və Strateji Ünsiyyət Vasitəsilə Şəhər Davamlılığının Gücləndirilməsi" mövzusunda tədbirdə moderator, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin müəllimi Törəxanım Nəsrullayeva deyib.
Onun sözlərinə görə, süni intellekt dəstəkli kommunikasiya sistemləri, vətəndaş rəy platformaları və icma əsaslı hesabat mexanizmləri real ehtiyacların daha aydın müəyyənləşdirilməsinə kömək edir. Bu yanaşma resursların daha səmərəli bölüşdürülməsinə, daha ədalətli mənzil siyasətlərinə və şəhər siyasətlərinin insanların gündəlik ehtiyaclarına uyğun qurulmasına şərait yaradır.
Fotoqraf - Azər İbrahimov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 20.05.2026 [11:52]