Albaniyalı ekspert: Şəhərsalma siyasətləri məlumat və sübutlara əsaslanmalıdır
Bakı, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılmasındakı əhəmiyyətini çox vacib hesab edirəm. Çünki Dayanıqlı İnkişaf Məqsədlərinin icra müddətinin başa çatmasına az vaxt qalıb və bu mərhələ görülən işləri, eləcə də həyata keçirilməyən məsələləri qiymətləndirmək üçün mühüm imkandır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Albaniyadan olan ekspert Doris Andoni bildirib.
Onun sözlərinə görə, xüsusilə COVID-19 pandemiyasından sonra mənzilə çıxış daha da çətinləşib: "Hesab edirəm ki, şəhərsalma siyasətləri məlumat və sübutlara əsaslanmalıdır. Ölkələr fərqli problemlərlə üzləşsə də idarəetmə, maliyyələşmə və məlumat çatışmazlığı kimi ortaq məsələlər mövcuddur. Düşünürəm ki, gələcək üçün aydın və real hədəflərin müəyyənləşdirilməsi əsas prioritet olmalıdır. Bakının inkişafı məndə çox müsbət təəssürat yaratdı. Şəhərin bu səviyyədə inkişaf etdiyini gözləmirdim".
Müxbir - Nailə Həsənova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [11:28]
Tina Teen: Gürcüstanda 24 yeni şəhərsalma planı hazırlanır
- 20.05.2026 [11:23]
“EcoHub” WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib
- 20.05.2026 [11:18]