Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəngilan və Cəbrayıl rayonlarında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmək üçün silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, digər bölgələrdə olduğu kimi, hər iki rayonda da saat 12:00-da nəqliyyat və piyadaların hərəkəti dayandırılıb, avtomobillər səs siqnalları verib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.