Qriqoriy İvliyev: WUF13-də müzakirə olunan mövzular urbanizasiya tendensiyalarına ciddi təsir göstərəcək
Bakı, 20 may, AZƏRTAC
Müasir şəhərsalma və mənzil təminatı sahəsində innovativ texnologiyaların tətbiqi qlobal çağırışların həllində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avrasiya Patent Təşkilatının Avrasiya patent şöbəsinin (EAPV) prezidenti Qriqoriy İvliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirlər zamanı AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, WUF13 çərçivəsində əqli mülkiyyət və innovativ texnologiyalar mövzusunda konfrans təşkil olunur. “Burada dünya miqyasında əldə olunan yeniliklər və texnoloji nailiyyətlər təqdim edilir. Biz bu sistemlərin praktiki fəaliyyətdə tətbiqini və müxtəlif ölkələr tərəfindən istifadə olunmasını müzakirə edirik.
“WUF13 çərçivəsində müzakirə olunan mövzular gələcək 10-20 ildə urbanizasiya tendensiyalarına ciddi təsir göstərəcək”, - deyə EAPV prezidenti vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:58]
Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb
- 06.06.2026 [15:21]
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
- 29.05.2026 [22:01]