Meksika nümayəndəsi: WUF13 müxtəlif xalqlar arasında mədəni dialoqu və əməkdaşlığı gücləndirir
Bakı, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində fəaliyyət göstərən Meksika pavilyonunda ölkənin “Prehispanik” mədəniyyətinə həsr olunan təqdimat keçirilib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Meksika nümayəndəsi Alexandro Çavez bildirib. O qeyd edib ki, WUF13 çərçivəsində Meksikanın zəngin mədəni irsinin nümayişi böyük maraqla qarşılanıb.
Tədbir iştirakçısı qeyd edib ki, nümayəndə heyəti Meksika hökumətini və ölkənin qədim mədəniyyət ənənələrini təmsil edir. “Bakıda olmaqdan çox şadıq və dəvətə görə Azərbaycan tərəfinə təşəkkür edirik. Burada “Prehispanic” rəqslərimizi və mədəniyyətimizi təqdim edirik”, – deyə Alexandro Çavez vurğulayıb.
O əlavə edib ki, Meksika nümayəndə heyətinin tərkibində ölkənin paytaxtı Mexikonun rəhbərliyini təmsil edən şəxslər də yer alıb. Çavezin sözlərinə görə, WUF13 müxtəlif xalqlar arasında mədəni dialoqu və əməkdaşlığı gücləndirən mühüm platformadır.