Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

Bakı, 19 may, AZƏRTAC

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) artıq üçüncü gündür ki, qlobal medianın əsas gündəm mövzularından biri olaraq qalır.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif regionlarını təmsil edən nüfuzlu media qurumları Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbiri beynəlxalq urbanizasiya, dayanıqlı inkişaf və gələcəyin şəhərləri ilə bağlı qlobal dialoq platforması kimi dəyərləndirir. Xarici mətbuatın çoxsaylı materiallarında Bakının yüksəksəviyyəli təşkilatçılığı, Azərbaycanın qonaqpərvərliyi, Prezident İlham Əliyevin tədbirin açılış mərasimində çıxışında səsləndirdiyi fikirlər, eləcə də ölkəmizin “Ağıllı şəhər” və “Yaşıl zona” konsepsiyalarının uğurlu tətbiqi xüsusi vurğulanıb. Forum çərçivəsində şəhərsalma, mənzil siyasəti, rəqəmsal transformasiya və iqlim çağırışları ilə bağlı aparılan müzakirələrin Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlıq və innovativ yanaşmalar üçün mühüm mərkəzə çevrildiyini nümayiş etdirdiyi qeyd olunub. WUF13-ün Bakıda təşkilinin həm də ölkəmizin qlobal nüfuzunun artdığını, Azərbaycanın dünya miqyasında strateji təşəbbüslər irəli sürən etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirdiyini təsdiqlədiyi diqqətə çatdırılıb.

Türkiyənin “TRT Haber”, “Milliyet”, “Hibya”, “T24”, “DHA”, “Günebakış” və digər media qurumlarında yayımlanan xəbərlərdə qardaş ölkənin tədbirdə geniş nümayəndə heyəti ilə iştirak etdiyi vurğulanıb, Azərbaycan-Türkiyə qardaşlığının şəhərsalma sahəsində də birgə layihələrlə əksini tapdığı qeyd edilib. Xəbərlərdə Prezident İlham Əliyevin “Ağıllı şəhər” və “Yaşıl zona” vizyonlarının işğaldan azad edilmiş ərazilərdə uğurlu tətbiqindən ətraflı bəhs olunub. Türkiyə mətbuatında Azərbaycanın bu sessiyada qlobal miqyasda mühüm uğura imza atmasına və ölkəmizin yüksəksəviyyəli təşkilatçılığına xüsusi diqqət çəkilib. Eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi WUF13-ün Türk dünyası üçün əhəmiyyəti və Bakının nümunəvi təşkilatçılığı barədə oxuculara ətraflı məlumat verilib.

Sessiyaya ilk gündən geniş yer ayıran Pakistan mediası Pəncab əyalətinin Baş naziri Məryəm Nəvazın Bakıdakı müzakirələrdə fəal iştirakını və Azərbaycanın dayanıqlı inkişaf sahəsindəki liderliyini geniş işıqlandırıb. Qardaş ölkənin “DND”, “Radio Pakistan”, “Dawn”, “AAJ TV”, “The Diplomatic Insight”, “Dunya News”, “Pakistan Today” və digər nəşrlərində yer alan xəbərlərdə WUF13-ün Bakıda təşkilinin Azərbaycan Prezidentinin strateji baxışının təzahürü olduğu və ölkəmizin beynəlxalq nümayəndə heyətlərini ən yüksək səviyyədə qarşıladığı bildirilib. Eyni zamanda, Pakistanın mənzil inkişafı sahəsindəki layihələrinin Bakıda uğurla təqdim edildiyi və Azərbaycanın bu mötəbər tədbirə nümunəvi təşkilatçılığı vurğulanaraq, Pakistan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərlik qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi yüksək qiymətləndirilib.

Səudiyyə Ərəbistanının “Al Yaum”, “Ajel”, “Al Hadath”, “Sabq”, “Al Bilad”, “Al Jazirah”, “Al Madina”, “Saudi Gazette”, “Eye of Riyadh” nəşrlərində Krallığın WUF13-də 20 qurumla təmsil olunduğu qeyd edilib. Xəbərlərdə Azərbaycanın yüksəksəviyyəli qonaqpərvərliyi və təşkilatçılığı ön plana çəkilib, tədbirin iki ölkə arasında təcrübə mübadiləsi üçün əla fürsət olduğu bildirilib. Bakı sessiyasının mənzil siyasəti sahəsində qlobal dönüş nöqtəsi olması, eləcə də bu tədbirin prioritetlərinin Səudiyyə Ərəbistanının 2030-cu il vizyonu ilə səsləşdiyi oxucuların diqqətinə çatdırılıb.

Birləşmiş Ərəb Əmirliklərinin “Voice of Emirates”, “Al-Ain”, “Al-Watan”, “Menafn”, Küveytin “Q8 Press”, Bəhreynin “News of Bahrain”, Qətərin “Mshireb”, “Al Raya”, “QNA”, eləcə də Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyinin rəsmi portalı (GCC-SG.org) və digər WUF13-də mənzil böhranı ilə bağlı aparılan müzakirələrin, irəli sürülən həll yollarının bu sahədə aktual məsələlərin həlli baxımından önəmi vurğulanıb, Körfəz dövlətlərinin tədbirdə fəal iştirak etdiyi qeyd olunub. Xəbərlərdə Azərbaycanın beynəlxalq statuslu bu sessiyanı yüksək səviyyədə təşkil etdiyi və qlobal mənzil siyasətinə yeni yanaşmalar gətirdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Bakının şəhərsalma sahəsində qlobal dialoq mərkəzinə çevrilməsi təqdir edilib.

Qazaxıstanın “Almaty TV”, “Vecher.kz”, “Kursiv.media”, “Kazinform”, “Astana Times”, “Smi24.kz”, “KzVesti” media qurumları Baş nazir Oljas Bektenovun Bakıdakı çıxışını və qardaş ölkənin Azərbaycanın “Yaşıl şəhər” strategiyasına dəstəyini geniş işıqlandırılıb. Xəbərlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiq olunan “Ağıllı şəhər” konsepsiyasının beynəlxalq maraq doğurduğu xüsusi vurğulanıb. Həmçinin Bakı sessiyası regional və qlobal şəhərsalma məsələlərinin həllində mühüm mərhələ kimi dəyərləndirilib, tədbirin regional əməkdaşlıq üçün yeni üfüqlər açdığı bildirilib. Eyni zamanda, Qazaxıstanın Bakıda süni intellektəsaslı şəhərsalma modellərini təqdim etdiyi və Azərbaycanın təşkilatçılığının yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.

Özbəkistanın “Uzdaily”, “Zamin.uz”, “Eurasian Star” nəşrləri də Prezident Şavkat Mirziyoyevin forumda iştirakını və dayanıqlı şəhər inkişafı ilə bağlı irəli sürdüyü qlobal təşəbbüsləri geniş işıqlandırıb. Xəbərlərdə Azərbaycanın və Özbəkistanın şəhərsalma sahəsində birgə baxışları və strateji tərəfdaşlığı ön plana çəkilib, Bakının bu mötəbər tədbir üçün ən uyğun məkan kimi seçilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Qırğızıstanın “Reporter.kg”, “Kabar.kg”, “Sputnik.kg”, “24.kg”, “7tv.kg”, “Kg.akipress.org”, “Jambylinfo.kz” media qurumları Prezident Sadır Japarovun Bakıdakı çıxışına və Beynəlxalq Dağlıq Şəhərlər Assosiasiyasının yaradılması təklifinə geniş yer ayrılıb. Xəbərlərdə Azərbaycanın bu təklifi dəstəkləməsi və tədbirin yüksə səviyyədə təşkili məmnunluqla qeyd edilib. Azərbaycanın təşkilatçılıq sahəsində böyük təcrübəsi qırğız mediasında yüksək qiymətləndirilib.

Gürcüstanın aparıcı media resursları Baş nazir İrakli Kobaxidzenin WUF13-də çıxışı və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, eləcə də iki ölkə arasında imzalanan sənədlər barədə silsilə materiallar dərc edib. Bu ölkənin “Interpressnews.ge”, “Bpn.ge”, “Kvira.ge”, “Exclusivenews.ge”, “Mix.metronome.ge”, “Palitranews.ge”, “Palitranews.ge”, “Timer.ge”, “Newshub.ge”, “Aktual.ge”, “Qafqazturk.kom”, “24news.ge”, “Interpress.ge”, “Realnews.ge” portalları, “1tv.ge”, “Rustavi 2”, “Georgia Today”, “Civil.ge”, “Imedi News” media qurumları WUF13-ün əhəmiyyəti, Gürcüstan Baş nazirinin Prezident İlham Əliyevlə görüşü, imzalanan saziş və protokolların əhəmiyyəti, gürcü nazirlərin verdiyi açıqlamalar barədə xəbərlər paylaşıblar. Materiallarda Baş nazir İrakli Kobaxidzenin Bakıdakı qonaqpərvərliyə və sessiyanın yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana minnətdarlığı xüsusi qeyd edilib. İ.Kobaxidzenin Bakı platformasını qlobal çağırışların (iqlim dəyişikliyi, sosial birlik və şəhərsalma) müzakirəsi üçün çox mühüm regional mərkəz kimi qiymətləndirdiyi vurğulanıb.

Bu mötəbər tədbir uzaq Latın Amerikası ölkələrinin mətbuatının da diqqət mərkəzindədir. Meksikada yayımlanan “Candelero”, “Proceso”, “Mundo de Mujeres”, “La Octava”, “MVS Noticias”, “El Universal”, “Heraldo de Mexico”, “Imagen Radio”, “Consulta Monterrey”, “Publimetro” nəşrlərdə dərc olunan xəbərlərdə Mexiko şəhərinin meri Klara Bruqadanın sessiya çərçivəsində Meksika pavilyonunun açılışını etməsinə və Azərbaycanın şəhərsalma modelini yüksək qiymətləndirməsinə geniş yer verilib. Xəbərlərdə Azərbaycanın mənzil hüququ və dayanıqlı şəhər mühiti istiqamətindəki beynəlxalq səyləri, həmçinin Bakının bu tədbirə ev sahibi seçilməsinin təsadüfi olmadığı vurğulanıb. Bakıda təqdim olunan şəhərsalma modelləri və Azərbaycanın yaratdığı unikal dialoq mühiti barədə meksikalı oxuculara ətraflı məlumat verilib.

Argentinanın “Infoquilmes”, “El Sol Noticias”, “News Digitales” nəşrləri bu ölkənin nümayəndə heyətinin WUF13-də iştirakını və dayanıqlı şəhər inkişafı mövzusunda təqdimatlarını geniş işıqlandırıb. Məqalələrdə Azərbaycanın ev sahibliyi etdiyi bu platformanın beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açdığı bildirilib. Həmçinin Bakının müasir görkəmi, Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq səviyyədə diqqət çəkməsi və forumun uğurlu təşkili qeyd olunub.

Braziliyanın “Atual MT”, “Mato Grosso 24 Horas”, “Plantao News”, “Folha Estado”, “Diplomacia Business” media qurumları ölkənin Bakıdakı forumda geniş təmsil olunduğunu və Braziliya nümayəndə heyətinin şəhər inkişafı sahəsində Azərbaycan tərəfi ilə fəal təcrübə mübadiləsi apardığını yazıb. Xəbərlərdə WUF13-ün Qlobal Cənub ölkələri üçün əhəmiyyəti vurğulanıb və Azərbaycanın inklüziv şəhərsalma istiqamətində atdığı addımlar təqdir olunub. Bakının müasir infrastrukturunun sessiyanın ruhuna tam uyğunluğu xüsusi qeyd edilib.

Son illər dinamik inkişafı və ən son elmi-texniki nailiyyətləri ilə dünyanı heyran qoyan Çinin mediası da Bakıdakı tədbirə xüsusi diqqət ayırıb. Bu ölkənin “Sinxua”, “Sohu”, “Phoenix News”, “Sina”, “Guilin Life”, “Guangming Daily”, “163.com”, “China.org.cn”, “People.com.cn”, “Huarenshijie” və digər media qurumları Bakının ev sahibliyi etdiyi WUF13-ü qlobal urbanizasiyanın gələcəyini müəyyən edən mühüm hadisə kimi geniş işıqlandırıb. Məqalələrdə Azərbaycanın rəqəmsallaşma və yaşıl texnologiyalar sahəsindəki nailiyyətləri, eləcə də Prezident İlham Əliyevin tədbirin açılışında toxunduğu strateji məqamlar ətraflı təhlil olunub. Çin nəşrləri Bakının ev sahibliyini qüsursuz və yüksəksəviyyəli xarakterizə edərək, Azərbaycanın qlobal şəhər inkişafına, dünya şəhərlərinin mənzil problemlərinin həllinə mühüm töhfə verdiyi bildirilib.

Yaponiyanın “47 News”, “The Miyanichi”, “AFPBB” nəşrləri WUF13-ün qlobal dayanıqlılıq və rəqəmsal şəhərsalma istiqamətindəki əhəmiyyətindən bəhs edib. Yayımlanan informasiyalarda Azərbaycanın texnoloji həlləri şəhər mühitinə inteqrasiya etməsi və Bakının tədbir iştirakçıları üçün yaratdığı əlverişli şərait qeyd olunub. Yaponiya nümayəndə heyətinin fəallığı, azərbaycanlı və digər ölkələrdən olan tərəfdaşlarla müzakirələri diqqət mərkəzində saxlanılıb.

Cənubi Koreyanın “Acrofan” Cənubi Koreya nəşrlərində Bakı Sessiyasının “Ağıllı şəhər” texnologiyalarının tətbiqi sahəsindəki rolu vurğulanıb. Azərbaycanın bu sahədəki sürətli inkişafı və tədbirin təşkilatçılığı Cənubi Koreya ekspertləri tərəfindən yüksək qiymətləndirilib. Məqalədə Bakının gələcək şəhərsalma üçün bir mərkəz kimi əhəmiyyəti qeyd edilib.

Hindistanın “India Nnews” “Bhaskar Hindi”, “IANS Live”, “PSU Connect” mətbu orqanları Bakıdakı sessiyada bu ölkənin dəyişən şəhər mənzərəsini nümayiş etdirməsindən və Azərbaycanın bu imkanı yaratmasından bəhs olunub. Xəbərlərdə Azərbaycanın qonaqpərvərliyi və forumun şəhərsalma sahəsində qlobal dialoqa verdiyi təkan vurğulanıb. WUF13-ün dünya şəhərləri arasında yeni əməkdaşlıq körpüləri qurduğu bildirilib.

Malayziyanın “Malay Mail”, “Business Today”, “Malaysia Gazette” media qurumları isə ölkənin regional şəhərsalma gündəliyini Bakıda təqdim etməsini və UN-Habitat ilə əlaqələrini gücləndirməsini diqqət mərkəzində saxlayıb. Məlumatlarda Azərbaycanın ev sahibliyinin bu ölkə üçün “Ağıllı şəhər” strategiyalarını bölüşmək baxımından əhəmiyyətli olduğu bildirilib, Bakının təqdim etdiyi logistik və təşkilati imkanlar yüksək qiymətləndirilib.

Nepalın “Taksar News”, “Triveni Times” nəşrləri də WUF13-ün qlobal şəhərsalma problemlərinin həlli üçün mühüm platforma olduğunu vurğulayıb. Xəbərlərdə Nepalın dayanıqlı şəhər inkişafı hədəfləri və Azərbaycanın bu mötəbər tədbiri yüksək peşəkarlıqla təşkil etməsi xüsusi qeyd olunub. Sessiyanın yaşıl şəhərsalma və iqlim dəyişikliyi ilə mübarizədə ölkələr arası təcrübə mübadiləsi üçün unikal imkan yaratdığı bildirilib.

Bakının ev sahibliyi etdiyi WUF13 Avropa mediasının da diqqət mərkəzindədir. İsveçrənin “Swisslatin.ch” nəşri qlobal mənzil çatışmazlığı fonunda Bakıda keçirilən tədbirin beynəlxalq əhəmiyyətindən bəhs edib. Xəbərdə Azərbaycan paytaxtının ən müasir şəhərsalma həllərinin müzakirə olunduğu əsas qlobal mərkəzə çevrildiyi bildirilib, ölkəmizin təşkilatçılıq səviyyəsi və forumun zəngin gündəliyi yüksək qiymətləndirilib.

Macarıstanda yayımlanan “2022plusz.hu” nəşri Bakı forumunda səsləndirilən qlobal mənzil böhranına dair xəbərdarlıqlara diqqət çəkib. Məqalədə Azərbaycanın bu mühüm problemi müzakirə etmək üçün dünya liderlərini və ekspertləri bir araya gətirməsi mühüm uğur kimi qiymətləndirilib. Sessiyanın şəhər əhalisinin həyat keyfiyyətinin yüksəldilməsi istiqamətindəki əhəmiyyəti vurğulanıb.

Serbiyanın “Biznis.rs”,“Newsmax Balkans” nəşri Prezident Aleksandar Vuçiçin ölkəsini Bakıda uğurla təmsil etməsi və Azərbaycanın bu mötəbər tədbiri təşkil etmək qabiliyyəti barədə fikirləri yer alıb. Xəbərlərdə Aleksandar Vuçiçin Azərbaycanın şəhər inkişafı sahəsindəki nailiyyətlərini yüksək qiymətləndirdiyi və iki ölkə arasındakı strateji tərəfdaşlığın önəmi vurğulanıb.

Polşanın “WNP.pl”, “PAP MediaRoom” nəşrləri xüsusilə WUF13-ün rəsmi açılış mərasiminə və Prezident İlham Əliyevin şəhərlərin gələcəyi ilə bağlı strateji baxışlarına geniş yer verib. Məlumatlarda Bakının bu mötəbər tədbir üçün ev sahibi seçilməsinin Azərbaycanın qlobal nüfuzunun göstəricisi olduğu vurğulanıb. Eyni zamanda, Polşa şirkətlərinin qlobal dayanıqlılıq naminə Bakıda keçirdiyi görüşlər, eləcə də “Bluetti” kimi texnologiya nəhənglərin UN-Habitat ilə dayanıqlı enerji sahəsində əməkdaşlığı ön plana çıxarılıb.

Albaniyanın “Shqiptarja”, “RTSH” nəşrləri bu ölkənin Baş nazirinin müavini Albana Koçiunun WUF13-ün Liderlər Sammitində çıxışına və Azərbaycanın strateji investisiyalar vasitəsilə şəhərləri necə dəyişdirdiyinə dair fikirlərinə yer verib. Xəbərlərdə Azərbaycanın şəhərsalma sahəsindəki uğurlarının Albaniya üçün maraqlı təcrübə olduğu bildirilib, forumun təşkilatçılığı və geniş iştirakçı heyəti yüksək qiymətləndirilib.

Bolqarıstanın “BNR News” Yunanıstan mətbuatı Bakıda keçirilən Dünya Şəhərsalma Forumunda mühüm qlobal çağırışların edildiyini bildirib. Xəbərdə Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyəli ev sahibliyi və regional liderlik rolu vurğulanıb.

Rusiyanın “Moscow-Baku.ru”, “Vesti Kavkaza” nəşrləri Bakıda keçirilən WUF13-ün üçüncü günündə baş tutan müzakirələr və Azərbaycanın beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsi mövzusunu işıqlandırıb. Xəbərdə sessiyanın zəngin proqramı və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasının iştirakçıların böyük marağına səbəb olduğu bildirilib.

Belarusun “ONT”, “Bykhov.gov.by”, “Belta” mətbu orqanlarında yer alan xəbərlərdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirin müasir şəhərsalma problemlərinin həlli üçün platforma rolu oynadığı bildirilib. Belarus nümayəndə heyətinin Azərbaycanın bu sahədə təcrübəsinə marağından, eləcə də ölkəmizlə birgə şəhərsalma həlləri sahəsində əməkdaşlıq imkanlarından bəhs edilib.

WUF13 Afrika ölkələrinin mediasında da geniş işıqlandırılıb. Cənubi Afrika Respublikasının “Southern Africa Eye News”, “Central News” mediasında nazir Tembi Simelanenin WUF13 çərçivəsində görüşləri və Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətindən bəhs olunub. Məlumatlarda Bakının bu tədbirdə qlobal idarəçilikdəki çəkisini artırdığı və dayanıqlı şəhərsalma üçün mühüm addımlar atdığı bildirilib. Azərbaycanın qonaqpərvərliyi, tədbirin yüksək texniki təchizatı və ölkəmizin dayanıqlı urbanizasiyaya verdiyi töhfələr xəbərlərdə xüsusi vurğulanıb.

Keniyanın “The Standard”, “Nation Africa”, “Eastleigh Voice” nəşrlərində Prezident Uillyam Rutonun WUF13-də fəal iştirakı və Afrikanın şəhərsalma problemləri ilə bağlı çağırışları əks olunub. Məqalələrdə Bakının ev sahibliyi etdiyi bu tədbirin Afrika ölkələri üçün yeni şəhər idarəçiliyi modellərini öyrənmək baxımından əvəzsiz olduğu qeyd edilib. Azərbaycanın bu Sessiya vasitəsilə qlobal şəhərsalma dialoquna mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Anqolanın “Jornal de Angola”, “Zango.co.ao”, “Gira Noticias”, “O Pais” mətbu orqanları da WUF13 çərçivəsində Anqola pavilyonunun böyük maraqla qarşılandığını və BMT-Habitat ilə əməkdaşlıq imkanlarını işıqlandırıb. Xəbərlərdə Azərbaycanın paytaxtının dünyanın hər yerindən gələn şəhərsalma mütəxəssisləri üçün mükəmməl dialoq mühiti yaratdığı qeyd edilib, tədbirin Anqola üçün yeni təcrübələr qazanmaq baxımından önəmi vurğulanıb.

Liviyanın “Libya Alyoum”, “Al Wasat” və digər nəşrlərində Azərbaycanın ev sahibliyi etdiyi sessiyanın müharibədən zərər çəkmiş ərazilərin bərpası ilə bağlı mühüm dialoq və təcrübə mübadiləsi mərkəzi olduğu vurğulanıb. Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərdə apardığı yenidənqurma işlərinin Liviya üçün nümunə ola biləcəyi qeyd edilib.

WUF13 Tacikistan “Khovar”, “Tajikistan News”, Suriyanın “SANA”, İordaniyanın “Al-Bayader”, Somalinin “Goobjoog”, Kubanın “Cuba Si” və digər ölkələrin aparıcı nəşrləri tərəfindən də geniş işıqlandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır