Çin nümayəndəsi: WUF13 şəhərsalma sahəsində təcrübə və innovasiyaların paylaşılması üçün imkan yaradır
Bakı, 19 may, AZƏRTAC
WUF13 kimi beynəlxalq tədbirlər şəhərsalma sahəsində ən böyük platformalardan biridir. Bu tədbirlər müxtəlif tərəfləri bir araya gətirərək ölkələr arasında təcrübə, innovasiya, real layihələr və elmi yanaşmaların paylaşılması üçün geniş imkanlar yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Çin nümayəndəsi Yunqing Xu bildirib.
Onun sözlərinə görə, dayanıqlı şəhər layihələrinin maliyyələşdirilməsi baxımından beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
“Mənzil sahəsində uzun illər əsas diqqət daha çox mülkiyyət və investisiya dəyərinə yönəlmişdi. Maliyyə sistemi əsasən gəlir əldə etməyə fokuslanırdı. Lakin indi daha innovativ maliyyə yanaşmalarına ehtiyac var. Mənzil layihələri üçün tələb olunan resursların cəlb edilməsi və maliyyə sisteminin sosial dəyəri də nəzərə alınması vacibdir. Bu baxımdan beynəlxalq əməkdaşlıq böyük əhəmiyyət daşıyır”, – deyə o əlavə edib.
Müxbirlər - Günel Alıyeva, Günel Türksoy