BMT-nin bölmə rəhbəri: WUF13-ün iştirakçıları Azərbaycanın təcrübəsindən öyrənə bilərlər
Bakı,19 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) mənzil, infrastruktur, su, sanitariya və logistika sahələrində müxtəlif ölkələrin təcrübələrini öyrənmək mümkündür.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin İnsan Məskənləri Proqramında Qlobal Hesabatlar, Analitika və Tədqiqat Bölməsinin rəhbəri Benedikt Arimah deyib.
O bildirib ki, tədbirin ən vacib tərəflərindən biri təcrübə və siyasət mübadiləsidir: "Burada həm uğurlu, həm də uğursuz təcrübələr müzakirə olunur və ölkələr bir-birindən öyrənir".
Qonaq, həmçinin Azərbaycana ilk dəfə gəldiyini və gördüklərinin onu çox təsirləndirdiyini bildirib. "Hava limanından şəhərə qədər ümumi planlama, yollar, xüsusi avtobus zolaqları və enerjiyə qənaət edən avtobuslar diqqətimi çəkdi. Düşünürəm ki, burada iştirak edən insanlar Azərbaycanın təcrübəsindən çox şey öyrənə bilərlər".
Müxbir - Günel Türksoy