Tarix İnstitutu illüstrativ broşürlər hazırlayır
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində illüstrativ broşürlər nəşr olunacaq.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, illüstrativ broşürlərin hazırlanmasında məqsəd Azərbaycan tarixini gənclər arasında geniş təbliğ etmək və “Azərbaycan tarixi” fənni üzrə orta məktəb dərsliklərindəki mövzuların mənimsənilməsini daha da asanlaşdırmaqdır.
Broşürlərin nəşri ilə bağlı işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. Broşürlərin hazırlanmasına müvafiq tarixçi alimlər cəlb olunublar. Yaqub Mahmudov tarixçi alimlərlə elektron poçt vasitəsilə əlaqə saxlayır, görülən işlərlə maraqlanır.
Kitabçalar Azərbaycanın dövlətlərinə, tarixi şəxsiyyətlərinə və mədəniyyətinə həsr olunacaq. Nəşrlərdə Heydər Əliyev, habelə Babək, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Hacı Zeynalabdin Tağıyev, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, Nəriman Nərimanov və digər tarixi şəxsiyyətlər yer alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]