Tarix Muzeyində Mir Möhsün Nəvvabın yaradıcılığına aid materiallar saxlanılır
Bakı, 15 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda görkəmli alim, təzkirəçi, ensiklopedik zəka sahibi, XIX əsrin məşhur ədəbi simalarından biri Mir Möhsün Nəvvabın yaradıcılığına aid materiallar saxlanılır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, kolleksiyada alim və sənətkarın şəkli, iki kitabı - 1899-cu ildə nəşr edilən “Kəşfül-həqiqət” və 1897-ci ildə farsca ərsəyə gələn “Təzkireyi-Nəvvab” toplusu təqdim olunur. Kitabların nəfis tərtibatı müəllifin özünə məxsusdur.
Qeyd olunub ki, ensiklopedik biliyə malik bu şəxsiyyətin elmi irsi ədəbiyyatşünaslıq, musiqişünaslıq, astronomiya, rəssamlıq, xəttatlıq və sair təfəkkür və sənət sahələrinə sirayət edib.