Tarix Muzeyində Nizami Gəncəvi irsi ilə bağlı növbəti videoçarx
Bakı, 5 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarix Muzeyində böyük Azərbaycan şairi Nizami Gəncəvinin irsini təbliğ etmək məqsədilə mühazirələr hazırlanır.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, virtual müstəvidə təqdim olunan həmin mühazirələr arasında muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadənin “Nizami Gəncəvinin zoolatrik təsəvvürləri və onların arxeoloji keramikada paralelləri” mövzusunda hazırladığı videotəqdimat da yer alıb.
Müəllif videoçarxda mövzuya uyğun olaraq Nizami Gəncəvi yaradıcılığında rast gəlinən zoolatrik təsəvvürlərlə 1938-1940-cı illərdə böyük şairin vətənindən - Qədim Gəncə şəhər yerindən tapılmış arxeoloji keramika üzərindəki zoomorf təsvirlər arasında müəyyən paralellər aparıb. Aparılmış paralellərə əsasən belə nəticəyə gəlib ki, Nizami dövründə İslam dininin cəmiyyətin dini-mənəvi dəyərlər sistemində hakim mövqeyə malik olmasına baxmayaraq əski inanclar, xüsusilə də zoolatrik təsəvvürlər insanların şüurunda dərin iz buraxmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]
Botanika İnstitutu Milli Qurtuluş Gününü qeyd edib
- 12.06.2026 [17:04]
Dövlətçiliyimizin sabitlik və inkişaf mərhələsi - lektoriya
- 12.06.2026 [16:53]