Tarix Muzeyinə Vətən müharibəsi şəhidinin şəxsi əşyaları təhvil verilib
Bakı, 26 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna şəhid baş leytenant Qorxmaz Əlizadənin şəxsi əşyaları təhvil verilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, materialları muzeyə şəhidin qohumu Seymur Apbayev təqdim edib.
Baş leytenant Q.Əlizadə Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə yaralanıb. O, hospitala getməkdən imtina edib. 2020-ci ilin oktyabrın 17-də Füzuli rayonu ərazisində yeni bir döyüş tapşırığının icrası zamanı düşmənin snayper gülləsinə tuş gələrək həlak olub.
Qorxmaz Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunması uğrunda” və “Xocavəndin azad olunması uğrunda” medallarına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]