Tarix Muzeyinin yeni ekspozisiyası təkmilləşdirilir
Bakı, 3 mart, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi şurasının növbəti iclası keçirilib. İclasda muzeyin XIX-XXI əsrlər dövrünü əhatə edən yeni ekspozisiyasının mövzu-ekspozisiya planı müzakirə olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Elmi şura üzvlərinin, fond müdirlərinin, elmi işçilərin iştirak etdikləri iclasda muzeyin direktoru akademik Nailə Vəlixanlı və digər çıxış edənlər yeni ekspozisiyasının mövzu-ekspozisiya planı ilə bağlı fikirlərini bildiriblər, ekspozisiyanın təkmilləşdirilməsi məqsədilə təkliflər veriblər.
Sonra akademik Nailə Vəlixanlı şöbə və fond rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.