“Tarixi Zəfər” sərgi-müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Tarixi Zəfər” sərgi-müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a ADRA-dan məlumat verilib. Bildirilib ki, “AZNAR” şirkətinin sponsorluğu ilə keçirilən sərgi-müsabiqədə 54 tələbə iştirak edib.
Müsabiqədə 1-ci yerə Cəmilə Abdulzadənin “Bayatı-Şiraz”, 2-ci yerə Fəxri Musazadənin “Cəsur döyüşçü”, Nübar Şahbazovanın “Qarabağ, sən azadsan”, “Gözəl Qarabağ”, 3-cü yerə isə Şükufə Əhmədlinin “Ahəng”, Elgün Kəngərlinin “Dirçəliş” və Namiq Hüseynovun “Evə qayıdış” əsərləri layiq görülüb. İştirakçıların hər birinə sertifikat, 26 nəfərə isə ADRA-nın rəhbərliyi tərəfindən sertifikat və pul mükafatı təqdim olunub.
Qeyd edək ki, “Tarixi Zəfər” sərgi-müsabiqəsində iştirak etmiş13 əcnəbi tələbəyə də sertifikat və pul mükafatı verilib.