TASS agentliyi OANA-nın Baş Assambleyasına ev sahibliyi edəcək
Bakı, 17 fevral, AZƏRTAC
Regionun aparıcı informasiya agentliklərinin daxil olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsi iyunda Sankt-Peterburqda bu təşkilatın 19-cu Baş Assambleyasına ev sahibliyi etmək hüququnu yekdilliklə TASS-a verib.
AZƏRTAC xəbər verir ki, OANA-nın Baş katibi Zaman Rezaxani iclasın yekununda bildirib: “OANA İcraiyyə Komitəsi üzvlərinin yekdil qərarı ilə TASS-a təşkilatın 19-cu Baş Assambleyasını 2025-ci ilin iyununda Sankt-Peterburqda keçirmək hüququnun verilməsi TASS-ın qlobal informasiya ictimaiyyətində ən yüksək nüfuzunun göstəricisidir”.
Ən böyük regional media strukturu olan Asiya-Sakit Okean Xəbər Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılıb. Struktura üzv agentliklər dünyada bütün informasiya axınının üçdə ikisini təmin edir.
OANA-nın məqsədi region ölkələrində informasiya axınını stimullaşdırmaq, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında informasiya boşluqlarını aradan qaldırmaq, xəbər agentliklərinin redaksiya, təlim, kommunikasiya və texniki imkanlarını təkmilləşdirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]