Azərbaycan Dövlət İnformasiya Agentliyi

TBİLİSİ BEYNƏLXALQ HAVA LİMANININ AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli cənab Prezident!
Hörmətli cənab Baş nazir!
Əziz xanımlar və cənablar!
Mən sizin hamınızı, ilk növbədə, bütün Gürcüstan xalqını yeni aeroportun işə düşməsi ilə əlaqədar ürəkdən təbrik edirəm. Çox gözəl binadır, ən müasir səviyyədə tikilib və uzun illər Gürcüstana xidmət edəcəkdir.
Bu gün çox əlamətdar gündür. Bu gün çox mühüm addımlar atılıbdır. Deyə bilərəm ki, üç ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyubdur. Bir müddət bundan əvvəl imzalanmış müqavilələr, xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə dair imzalanmış bütün sazişlər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir. Əminəm ki, bütövlükdə, gələcəkdə energetika sektorundan sonra nəqliyyat sektoru bizim bölgədə ən önəmli istiqamətlərdən biri olacaqdır. Energetika sektorunda əldə edilmiş uğurlar, həyata keçirdiyimiz nəhəng transmilli layihələr bir başlanğıc idi.
Gürcüstan və Azərbaycan yeni müstəqil ölkələrdir. Müstəqilliyimizin ilk illəri hər iki ölkə üçün çox çətin və ağır keçmişdir. Deyə bilərəm ki, bizim müstəqilliyimiz təhlükə qarşısında idi və biz çox böyük mübarizələr apararaq, bugünkü səviyyəyə gəlib çatmışıq. Bu gün isə inkişaf dövrüdür. Bu gün ölkələrimiz yeni inkişaf strategiyasını müəyyən edirlər. Bizim birliyimiz, birgə layihələrimiz və energetika sektorunda, xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə başlanmış əməkdaşlığımız digər sahələrə də öz təsirini göstəribdir. Əgər 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı və onun məntiqi nəticəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, nə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, nə də Bakı-Tbilisi-Qars dəmir yolu reallığa çevrilərdi. Ancaq indi bütün bunlar gerçəklikdir, mümkün olmuşdur. Bu da onu göstərir ki, mümkün olmayan məsələ yoxdur. Əgər rəhbərlərin iradəsi varsa, xalqların rəhbərlərə dəstəyi varsa, istənilən məsələni həll etmək mümkündür. Biz də bu gün bu yoldayıq.
Bizim birliyimiz artır, Türkiyə-Azərbaycan-Gürcüstan qardaşlığı möhkəmlənir. Bizim xalqlarımız da qardaşlıq münasibətləri ilə bir-birinə çox bağlıdırlar. Bu gözəl layihələr isə bizi daha da sıx birləşdirir. İqtisadi sahədə artan əməkdaşlığımız iqtisadiyyatlarımızı da bir-birinə bağlayır, mənfəətlərimizi də bir-birindən asılı edir və bizim uğurlu gələcəyimiz də bir-birimizin uğurlarından asılıdır. Məhz buna görə bizim birliyimiz davam etməli, möhkəmlənməlidir. Əminəm ki, gələcəkdə yeni, böyük layihələr həyata keçiriləcəkdir.
Bu gün bu bölgədə, Cənubi Qafqazda başlanmış və artıq bütün regiona yayılan layihələr geniş mənada bütün qitəyə öz təsirini göstəribdir. Enerji təhlükəsizliyi məsələləri indi dünya siyasətinin gündəliyində duran bir nömrəli məsələdir. Azərbaycan, Gürcüstan və Türkiyə Avropanın enerji təhlükəsizliyinə çox dəyərli töhfələrini verir. Bu, birinci addımdır. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi və gələcəkdə fəaliyyəti Avropaya açılan ilk pəncərədir. Bütün bu layihələr enerji və nəqliyyat dəhlizini möhkəmləndirir. Əgər regionumuzun xəritəsinə baxsaq görərik ki, müxtəlif imkanlar var, müxtəlif dəhlizlər açıla bilər. Ancaq o dəhlizlər işləyir ki, dəhliz keçən ölkələr buna öz dəstəyini verir. Ərazidən keçən yollar əhəmiyyətli yollardır. Sabitlik var, inkişaf var. Sabitlik olan yerə investisiyalar da qoyulacaq, maraq da artacaq və beləliklə, bölgəmiz inkişaf edəcəkdir.
Biz hələ çox işləməliyik, ölkələrimizi möhkəmləndirməliyik. Biz, sadəcə olaraq, inkişafın hələ birinci mərhələsindəyik. Birinci mərhələni uğurla başa vurduq, öz müstəqilliyimizi sübut etdik, iqtisadi potensialımızı özümüz gücləndiririk. Gələcəkdə həm regionda, həm də daha geniş mənada Avropada gedən işlər bizim əməkdaşlığımızdan xeyli dərəcədə asılı olacaqdır. Azərbaycan çox təhlükəsiz və etibarlı enerji ehtiyatlarına sahib olan, onları təhlükəsiz yollarla dünya bazarlarına çatdıran ölkədir və bizim tərəfdaşlarımız da bu işlərə öz töhfələrini verirlər.
Bu gün nəqliyyat günüdür. Mən bunu belə adlandırardım. Eyni zamanda, çox tarixi gündür. Bakı-Tbilisi-Qars layihəsinə başlanması və Tbilisi beynəlxalq hava limanının işə düşməsi çox əlamətdar hadisələrdir. Ancaq bir məsələyə diqqət çəkmək istəyirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrini biz birlikdə etmişik, Tbilisi hava limanında isə Azərbaycan bir az yaddan çıxıbdır. Bu, Türkiyə-Gürcüstan layihəsidir. Əgər dəvət etsəydiniz, biz də burada iştirak edə bilərdik. Amma buna baxmayaraq, biz də bir dost kimi, qardaş kimi buna sevinirik. Əminəm ki, Gürcüstanın yeni açılan qapıları, yeni hava qapıları buraya çoxlu işlər gətirəcək, dostlar gələcək, əməkdaşlıq artacaq, investisiyalar gələcəkdir. Beləliklə, ölkəniz inkişaf edəcəkdir. Bir dost, qardaş kimi və Gürcüstanı sevən bir insan kimi mən bunu arzulayıram. Bu gözəl gündə bütün Gürcüstan xalqına xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, bütün arzularınıza çatasınız. Arzu edirəm ki, ölkənizdə sülh olsun, inkişaf, mehribanlıq olsun və xalqınız rahat, firavan yaşasın. Biz, sizin dostlarınız da buna baxaq, sevinək.
Sizi bir daha təbrik edirəm.
/Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı/.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir VİDEO

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir VİDEO

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir VİDEO

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir VİDEO