TBİLİSİ METROSUNUN “AZADLIQ MEYDANI” STANSİYASI İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili Tbilisi metropoliteninin təmir-bərpa işləri aparılmış “Azadlıq meydanı” stansiyası ilə tanış olmuşlar.Dövlət başçıları ekskalatorla stansiyaya endilər. Prezident Mixail Saakaşvili bildirdi ki, bu stansiya əvvəllər Leninin adını daşımışdır. Müstəqillik əldə etdikdən sonra isə “Azadlıq meydanı” adlanır. Keçən ilin dekabrında təmir olunmuş və hazırda sərnişinlərin ixtiyarına verilmişdir.